Xəzər Xəbər

Van Persiyə təklif yağmuru

İdman | 17:18 • 13 Mart 2014
Van Persiyə təklif yağmuru

“Mançester Yunayted”lə yollarını ayıracağı deyilən Robin Van Persi transfer təklifi yağmuruna tutulub. 

Futbolçu “Barselona” və “Monako”nun hədəfindədir.

 

Baş məşqçisi Devid Moyeslə münasibətləri pozulan Van Persinin mövsümün sonunda komandadan ayrılmaq istəməsi hər iki klubun işinə yarayıb. Belə ki, iki nəhəng klub futbolçunu heyətində görmək üçün yarışır. Hər iki klub futbolçu üçün yüksək məbləğdə pul təklif edir.

 

İddiaya görə, “Mançester Yunayted”in Van Persini satacağı yaxındır. 30 yaşlı futbolçunun mövsümün sonunda hansı qərarı verəcəyi də maraqla gözlənilir.

 

Qeyd edək ki, Persini “Arsenal” və “Yuventus” klubları da transfer etmək istəyir.

 

Xəbər lenti

Çox oxunanlar