Xəzər Xəbər

“Rusiya Dünya Çempionatından uzaqlaşdırılsın”

İdman | 17:34 • 13 Mart 2014
“Rusiya Dünya Çempionatından uzaqlaşdırılsın”

 

 

Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyanı kəskin ittiham edən ABŞ Konqresinin Nümayəndələr Palatası və Senat Moskvaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

 

 Senatda qəbul olunan qanunda FİFA-dan Rusiyanın 2018-ci ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi etməsi məsələsinə yenidən baxılması tələb olunub.

 

Sözügedən qanun layihəsi 402 səslə qəbul edilib.

 

Amerikalı iki senator isə FİFA prezidenti Zepp Blatterə məktub yazaraq Rusiya milli komandasının Braziliyada keçiriləcək Dünya Çempionatına buraxılmamasını istəyib. Senatorlar buna misal olaraq Yuqoslaviyanın müharibə səbəbindən 1992-ci il Avropa Çempionatından xaric edilməsini göstərib.

 

Xəbər lenti