Xəzər Xəbər

Usain Bolt futbol üzrə Yamayka millisinə dəvət olundu

İdman | 18:26 • 13 Mart 2014
Usain Bolt futbol üzrə Yamayka millisinə dəvət olundu

Bu haqda almaniyalı mütəxəssis “Sunday Gleaner” qəzetinə müsahibəsində danışıb. Boltun futbola marağından xəbərdar olduğunu deyən Şafer atletin bir vaxtlar Aleks Ferqyussona “Məni “Mançester Yunayted”ə dəvət et” çağırışını etdiyi haqda da bildiyini qeyd edib.

“Mən istəyirəm, 2016-cı il Olimpiya oyunlarında Bolt Yamayka millisində çıxış etsin. Bundan sonra 2018-ci il Dünya Çempionatının seçmə mərhələsində də oynaya bilər”, - deyən Vinfrid Şafer, “Onun yaxşı futbol oynayacağına inanıram”, - deyə fikrini tamamlayıb.

Qeyd edək ki, Şaferin fikirlərinə sosial şəbəkədə münasibət bildirən Usain Bolt Yamayka millisindən rəsmi təklif gələrsə, futbol oynamağa hazır olduğunu bildirib.

Xəbər lenti