Xəzər Xəbər

"Trabzonspor"a şok cəza

İdman | 10:50 • 14 Mart 2014
"Trabzonspor"a şok cəza

 

Martın 10-da keçirilən "Trabzonspor" "Fənərbaxça" matçı trabzonlu azarkeşlərin stadiona atdıqları zərərli maddələr səbəbindən təxirə salınmışdı.

Türkiyə Futbol Federasiyası bu səbəbdən "Trabzonspor" klubuna 6 oyun azarkeşsiz oynamaq cəzası verib. Klub bundan sonrakı 6 Super Liqa matçını azarkeş dəstəyi olmadan oynamaq məcburiyyətindədir.

Qeyd edək ki, "Trabzonspor" "Fənərbaxça" matçı 45 10-cu dəqiqədə yarımçıq saxlanılıb və həmin dəqiqəyə qədər hesab 1-0 "Fənərbaxça"nın üstünlüyü ilə davam edirdi.

Xəbər lenti

Çox oxunanlar