Xəzər Xəbər

VİDEO: "Porto" "Napoli"dən üstün oldu

İdman | 10:59 • 14 Mart 2014
VİDEO: "Porto" "Napoli"dən üstün oldu

 

XəzərXəbər-in verdiyi məlumata görə, Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Qitənin ikinci dərəcəli klub turnirində 1/4 final iddiasında olanlar ilk oyunlarını keçiriblər.

Bu mərhələdə hərəyə 3 klubla təmsil olunan İspaniya və İtaliya komandalarından ikisi üz-üzə gəlib. Turin və Sevilyada eyni ölkə təmsilçiləri görüşüb. Turində “Yuventus” və “Fiorentina” 1:1 hesablı bərabərliklə razılaşıblar. Seviliyada isə “Betis” səfərdə 0:2 hesabı ilə qələbə çalıb.

Yalnız iki matçda qitənin 5 ən güclü çempionatının komandası yoxdur. Həmin oyunlardan birində Hollandiya “Alkmaar”ı Rusiya “Anji”sini qəbul edib. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İsveçrədə isə “Bazel” “Zalsburq” oyununda hesab açılmayıb.

Avropa Liqası
1/8 final, ilk oyunlar
13 mart

“Ludoqorets” (Bolqarıstan) - “Valensiya” (İspaniya) - 0:3
Qollar: Barraqan, 5; Kartabia, 33; Senderos, 59

"Bazel" (İsveçrə) - “Zalsburq” (Avstriya) - 0:0

"Porto" (Portuqaliya) - "Napoli" (İtaliya) - 1:0
Qol: Martinez, 57

“Lion” (Fransa) - Viktoriya” (Çexiya) - 4:1
Qol: Fofana, 12, 70; Lacazette, 53; Mvuemba, 61 - Horava, 3

“Tottenhem” (İngiltərə) - "Benfika" (Portuqaliya) - 1:3
Qol: Eriksen, 64 - Rodriqo, 29; Luisao, 58, 84

 "Yuventus" (İtaliya) - “Fiorentina” (İtaliya) - 1:1
Qol: Vidal, 3 - Qomez, 79

“Sevilya” (İspaniya) - “Betis” (İspaniya) - 0:2
Qol: Baptistao, 15; Sevilla, 77

"Alkmaar” (Hollandiya) -  “Anji” (Rusiya) - 1:0
Qol: Yohannsson, 29

 

Xəbər lenti

Çox oxunanlar