Xəzər Xəbər

"Çempion olmaq üçün "Real"ı məğlub etməliyik"

İdman | 13:46 • 14 Mart 2014
"Çempion olmaq üçün "Real"ı məğlub etməliyik"

 

 İspan yarımmüdafiəçi deyib ki, birinci olmaq üçün "El Klassiko"da "Real"ı məğlub etməlidirlər.
 
Serxio Busgets mövzu ilə bağlı daha sonra deyib: "Hazırda zirvənin sahibi "Real"dan dörd xal geridəyik. Ancaq "Santyaqo Bernabeu" stadionunda oynayacağımız matç var. Əgər bu oyunda qalib gəlsək, birincilik uğrunda mübarizə aparmağa davam edəcəyik. Məğlub olsaq, bizim üçün çempionluq bitəcək. Çempionu "El Klassiko" müəyyənləşdirəcək".

Məlumat üçün bildirək ki, La Liqada "Real" - "Barselona" matçı martın 23-də keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar