Xəzər Xəbər

Ronaldo və Messidən dünyaya çağırış

İdman | 17:05 • 14 Mart 2014
Ronaldo və Messidən dünyaya çağırış

 

 

Dünyanın iki ən məşhur futbolçusu Kristiano Ronaldo və Lionel Messi sosial şəbəkələr vasitəsilə başlatdıqları kampaniyalarla Suriyada müharibədən əziyyət çəkən uşaqlara yardım ediblər.

 

“Real Madrid” klubunun ulduzu Kristiano Ronaldo Tvitter səhifəsində onun formasının geyinmiş suriyalı Əhməd adlı uşağın fotosunu paylaşıb.

 

Ronaldo fotonun altına yazdığı şərhdə, “Əhmədin 16 yaşı var. Suriyalı qaçqındır. Futbolçu olmaq istəyir. Mən də “Uşaqları qoruyun” təşkilatı ilə birlikdə suriyalı uşaqların yanındayam” bildirib.

 

Ronaldodan sonra “Barselona”nın ulduzu Lionel Messi də Feysbuk səhifəsində yazıdğı mesajda təqibçilərindən suriyalı uşaqlar üçün dəstək istəyib.

 

“Suriyalı uşaqların əzab çəkməsinə icazə verməyin” yazan Messi şərhinin altından dünyanın ən böyük imzatoplama kampaniyası olan “Change.org” saytında açılan və dünya liderlərini suriyalı uşaqlara yardım etməyə çağıran kampaniyanın linkini paylaşıb.

 

Messi və Ronaldonun bu mesajları bir neçə saat ərzində milyonlarla insan tərəfindən paylaşılıb.

 

Xəbər lenti