Xəzər Xəbər

"Çelsi" - "Qalatasaray" oyunu qalmaqallı hakimə tapşırıldı

İdman | 15:49 • 17 Mart 2014
"Çelsi" - "Qalatasaray" oyunu qalmaqallı hakimə tapşırıldı

Çempionlar Liqasının 1/8 finalında sabah baş tutacaq "Çelsi" - "Qalatasaray" cavab matçını idarə edəcək hakimlərin adları açıqlanıb.

Sözügedən matçı alman hakim Feliks Briks idarə edəcək.

Ona Marks Borç və Stefan Lupp köməklik edəcək.

Qeyd edək ki, sabah oynanılacaq "Real" (Madrid) - "Şalke" oyunu isə rusiyalı hakim Karasevə həvalə olunub.

Xəbər lenti

Çox oxunanlar