Xəzər Xəbər

Messi "Barselona"dan gedir?

İdman | 16:55 • 17 Mart 2014
Messi "Barselona"dan gedir?

 

"Barselona"nın hücumçusu Lionel Messi La Liqada "Osasuna" ilə matçdan (7:0) sonra futbolçu karyerası ilə bağlı açıqlama verib.

 Argentinalı hücumçu Kataloniya klubunda qalmaq istədiyini deyib:
 
"Burada olduğum üçün xoşbəxtəm. İnsanların məni hər zaman "Barselona" forması ilə izləməsini istəyirəm. Futbolçu karyeramı "Barsa"da başa vurmağı düşünürəm".

Xəbər lenti