Xəzər Xəbər

"Qalatasaray"lı azarkeşlərin ürəyi Londonda döyünəcək

İdman | 09:42 • 18 Mart 2014
"Qalatasaray"lı azarkeşlərin ürəyi Londonda döyünəcək

 

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Bu gün daha iki oyun keçiriləcək.

İngiltərənin "Çelsi" klubu öz meydanında "Qalatasaray"ı qəbul edəcək. Komandalar arasında İstanbulda keçirilən ilk oyun 1:1 hesablı bərarərliklə başa çatıb.

Digər oyunda isə "Real" (Madrid) "Şalke"ni qəbul edəcək. Almaniyada baş tutan ilk ounda Madrid klubu 6:1 hesablı qələbə qazandığından bugünkü qarşılaşmanın formal xarakter daşıyacağını demək olar.

Qeyd edək ki 1/8 final mərhələsinə sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

 

 

 

18 mart

 

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

 

23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1)

 

23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1)

 


19 mart

 

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2)

 

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2)



12 mart

23:45. "Barselona" (İspaniya) -
"Mançester Siti" (İngiltərə) (İlk oyun - 2:0) - 2:1
Qollar:
Messi, 67 (1:0), Kompani, 88 (1:1), Alveş, 90+2 (2:1)
Qırmızı vərəqə: Zabaleta, 78 ("Mançester Siti")
 
23:45. PSJ (Fransa) -
"Bayer" (Leverkuzen, Almaniya) (İlk oyun - 4:0) - 2:1
Qollar:
Sam, 6 (0:1), Marqinos, 13 (1:1), Lavezzi, 53 (2:1)
Qırmızı vərəqə: Can, 68 ("Bayer")




11 mart

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) (İlk oyun - 1:0) - 4:1
Qollar: 
Dieqo Kosta, 3 (1:0), Kaka, 27 (1:1), Arda Turan, 41 (2:1), Raul Qarsiya, 71 (3:1), Dieqo Kosta, 85 (4:1)
 
23:45. "Bavariya" (Almaniya) -
"Arsenal" (İngiltərə) (İlk oyun - 2:0) - 1:1
Qollar:
Şvaynştager, 55 (1:0), Padolski, 57 (1:1)

Xəbər lenti