Xəzər Xəbər

Baş məşqçiyə vaxt qoyuldu

İdman | 14:21 • 18 Mart 2014
Baş məşqçiyə vaxt qoyuldu

 

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Devid Moyesin istefası barədə ciddi şəkildə düşünüb. Müəyyənləşdirici isə komandanın gələn həftədəki nəticələri olacaq.Bu barədə Britaniyanın ESPN xidməti komandadakı mənbəyə istinadən məlumat verib.
 

 

7 gün ərzində komanda ölkə çempionatında iki görüş keçirəcək - 22 martda "Vest Hem" və 25 martda "Mançester Siti" ilə. Eləcə də çərşənbə günü Çempionlar Liqasının 1/8 mərhələsinin cavab qarşılaşması - Yunanıstanın "Olimpiakos" komandası ilə matç baş tutacaq. İlk oyunda Moyesin komandası 0:2 hesabı ilə uduzub.

Ölkə çempionatında "qırmızı şeytanlar" 12 xalla 7-ci yerdədirlər.

Xəbər lenti