Xəzər Xəbər

Messi 25 milyon avro istəyir

İdman | 17:54 • 18 Mart 2014
Messi 25 milyon avro istəyir

 

"Barselona" klubunun hücumçusu Lionel Messi hələ də komandası ilə müqavilə yeniləməyib.

 

Argentinalı futbolçu 5 illik müqavilə üçün rəhbərlikdən ilinə 25 milyon avro tələb edir.

 

Komandada ilinə 18-20 milyon avro qazanan Neymarın "Barselona"ya gəlişindən sonra Messinin əmək haqqının artırılmasını istədiyi bildirilir. Kataloniya təmsilçisinin hazırda ilinə 16 milyon avro qazanan Messinin bu istəyini yerinə yetirib-yetirməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Messinin "Barselona"da qalmayacağı təqdirdə İngiltərənin "Mançester Siti" klubuna keçəcəyi iddia olunur.

Xəbər lenti

Çox oxunanlar