Xəzər Xəbər

Droqba "Çelsi" ilə oyundan danışdı

İdman | 11:44 • 19 Mart 2014
Droqba "Çelsi" ilə oyundan danışdı

 

"Daha yaxşı oynaya bilərdik. Topa daha çox biz sahib olduq, amma bu, qələbə qazanmaq üçün yetərli deyil. Çoxlu səhvlər etdik. Buna görə də məğlub olduq. Çempionlar Liqasında oynamaq çox çətindir. İlk matçda qapımızda qol görməsəydik, bəlkə də, hər şey başqa cür olardı. Komanda hələ gəncdir. Ümid edirəm ki, növbəti mövsüm "Qalatasaray" daha yaxşı çıxış edər".

Bu sözləri "Qalatasaray"ın futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə cavab qarşılaşmasından (0:2) sonra deyib.
 

 

Kotdivuarlı hücumçu yeni mövsümdə İstanbul klubunda oynayıb-oynamayacağı ilə bağlı verilən sualı belə cavablandırıb:
 

"Bu haqda danışmaq istəmirəm. Çünki futbol bir komanda oyunudur. "Qalatasaray"da yalnız mənim olmağım önəmli deyil. Buna görə də məni unudun".

Xəbər lenti

Çox oxunanlar