Xəzər Xəbər

“Qarabağ” kubokla vidalaşdı

İdman | 19:40 • 19 Mart 2014
“Qarabağ” kubokla vidalaşdı

 

 “Qarabağ” Azərbaycan Kubokunda mübarizəni dayandırıb.  Ağdam komandası ¼ final mərhələsinin cavab görüşündə “Qəbələ”yə uduzub – 1:2.

 

Səfərdə keçirdiyi ilk görüşdən 0:0 hesablı qələbə ilə dönən “Qarabağ” doğma meydan amilindən yararlana bilməyib. İlk yarının sonuncu dəqiqəsində “Qəbələ”nin hücumçusu Daniel Subotiç hesabı açıb. 61-ci dəqiqədə Reynaldo Silva bərabərlik qolunu vursa da, 82-ci dəqiqədə qonaqların digər hücumçusu Viktor Mendi qələbə topuna imza atıb.

 

“Qəbələ” yarımfinalda “Xəzər Lənkəran”la üz-üzə gələcək. “Rəvan”ın rəqibi isə 19:00-da başlanacaq “Neftçi” – “İnter” matçının qalibi olacaq. 

 

***

18.19

“Xəzər Lənkəran” da yarımfinalda! - YENİLƏNİB

 

Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin daha bir cavab görüşü başa çatıb. Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran” I divizion təmsilçisi “Araz Naxçıvan”ı minimal hesabla yenib.

 

Yeganə topun müəllifi 25-ci dəqiqədə Etame Mbilla olub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, iki görüşün nəticəsində “Xəzər Lənkəran” yarımfinala yüksəlib. Rəqib hazırda davam edən “Qarabağ” – “Qəbələ” matçının qalibi olacaq. İlk yarıdan sonra “Qəbələ” 1:0 hesabı ilə öndədir. Bu komandaların ilk görüşündə hesab açılmayıb – 0:0.

 

Qeyd edək ki, daha öncə “Rəvan” penaltilər seriyasında “Bakı”nı 9:8 hesabı ilə yenərək, yarımfinala adlayıb.

Xəbər lenti

Çox oxunanlar