Xəzər Xəbər

Qatar 2022-də qalmaqal

İdman | 16:55 • 20 Mart 2014
Qatar 2022-də qalmaqal

 

İngilis Daily Mail qəzetinin ABŞ hökumətinə yaxın mənbələrdən əldə etdiyi xəbərə görə, terror təşkilatı olan Əl-Qaidəni maliyyələşdirən şəxsin Qatar Dünya Kuboku Təşkilat Komitəsi ilə əməkdaşlıq içində olduğunu iddia etdi.

Qatar Futbol Federasiyasının keçmiş rəhbəri Abdul Rahman Omeir al-Naiminin Əl-Qaidənin əsas maliyyəçisi olduğu və terror təşkilatına maddi dəstək təmin etdiyi ifadə edildi. Digər bir idarəçinin də Həmas təşkilatının rəsmisi olan Fathi Hamad ilə əlaqə içində olduğu qeyd edildi.

 Bu iddiaların Z.Blatterin başçılıq etdiyi FIFA rəhbərliyini bir xeyli çətinə salacağı bildirilir.

Xəbər lenti