Xəzər Xəbər

Avropa Liqası: 1/4-ə kim çıxacaq?

İdman | 17:21 • 20 Mart 2014
Avropa Liqası: 1/4-ə kim çıxacaq?

8 oyunla bütün 1/4 finalçılar müəyyənləşəcək.

Günün ilk qarşılaşması Rusiyada baş tutacaq. Burada yerli "Anji" klubu "Az Alkmaar"ı sınağa çəkəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Mahaçqala təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

"Benfika" öz meydanında "Tottenhem"i, "Viktoriya" isə "Lion"u qəbul edəcək. İtaliya derbisində "Fiorentina" - "Yuventus", İspaniya derbisində "Betis" - "Valensiya" oyunları keçiriləcək. 1/8 finalın maraq doğuran digər qarşılaşması Neapolda "Napoli" və "Portu" komandaları arasında baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasının 1/4 finalının püşkü sabah, Bakı vaxtı ilə saat 16:00-da atılacaq.

20 mart

Avropa Liqası, 1/8 finalın ilk oyunları

21:00. "Anji" (Rusiya) - "AZ Alkmaar" (Hollandiya) (İlk oyun - 0:1)

22:00. "Benfika" (Portuqaliya) - "Tottenhem" (İngiltərə) (İlk oyun - 3:1)

22:00. "Viktoriya" (Çexiya) - "Lion" (Fransa) (İlk oyun - 1:4)

22:00. "Fiorentina" (İtaliya) - "Yuventus" (İtaliya) (İlk oyun - 1:1)

22:00. "Valensiya" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan) (İlk oyun - 3:0)

00:05. "Zalsburq" (Avstriya) - "Bazel" (İsveçrə) (İlk oyun - 0:0)

00:05. "Napoli" (İtaliya) - "Portu" (Portuqaliya) (İlk oyun - 0:1)

00:05. "Betis" (İspaniya) - "Sevilya" (İspaniya) (İlk oyun - 2:0)

Xəbər lenti

Çox oxunanlar