Xəzər Xəbər

Çempionlar Liqasının püşkü atıldı

İdman | 14:53 • 21 Mart 2014
Çempionlar Liqasının püşkü atıldı

 

UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Püşkatmada komandaların adlarını səbətdən Portuqaliya futbolunun önəmli simalarından olan Luiş Fiqu çıxarıb.

Qeyd edək ki, “kor püşk” adlanan bu mərasimdə Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan aşağıda adları qeyd olunan komandalar qatılıb:

"Mançester Yunayted" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya),  "Bavariya" (Almaniya), "Atletiko" (Madrid, İspaniya), PSJ (Fransa), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə) və "Real" (İspaniya).
 
Püşkün nəticəsinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər qarşışacaq.

"Barselona" - "Atletiko"

"Real" - "Borussiya"

PSJ - "Çelsi"

"Mançester Yunayted" - "Bavariya"

İlk oyunlar aprelin 1-2-də, cavab görüşləri aprelin 8-9-da keçiriləcək.

Xəbər lenti