Xəzər Xəbər

Avroliqa: 1/4 finalın püşkü atıldı

İdman | 16:18 • 21 Mart 2014
Avroliqa: 1/4 finalın püşkü atıldı

UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Komandaların adlarını səbətdən ötənlərin məşhur italiyalı futbolçusu Çiro Ferraro çıxarıb. 

Qeyd edək ki, “kor püşk” adlanan bu mərasimdə Avropa Liqasında 1/4 finala vəsiqə qazanan aşağıda adları qeyd olunan komandalar qatılıb:

"Bazel" (Isveçrə), "Portu" (Portuqaliya), "Sevilya" (İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Benfika" (Portuqaliya), "Lion" (Fransa), "Yuventus" (İtaliya) və "Valensiya" (İspaniya).

Püşkün nəticəsinə görə, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq.

"Az Alkmaar" - "Benfika"

"Lion" - "Yuventus"

"Bazel" - "Valensiya"

"Portu" - "Sevilya" 

1/4 finalın ilk oyunları aprelin 3-də, cavab qarşılaşmaları aprelin 10-da keçiriləcək.

Xəbər lenti