Xəzər Xəbər

Alanzinyo Azərbaycan klubu ilə razılaşdı

İdman | 16:21 • 21 Mart 2014
Alanzinyo Azərbaycan klubu ilə razılaşdı

 

Son olaraq "Trabzonspor"da çıxış edən braziliyalı futbolçu Alanzinyo yaxın günlərdə Topaz Premyer Liqada oynaya bilər.

Trabzon təmsilçisi ilə müqaviləni ləğv edən braziliyalı yarımmüdafiəçi Azərbaycan klublarından biri ilə razılığa gəlib. Hələlik adı açıqlanmayan klubla Alanzinyo 4 aylıq müqavilə imzalayacaq. Onun bu sözləşmə ilə 400 min avro qazanacağı bildirilib.

Qeyd edək ki, Alanzinyonun bir neçə günə ölkəmizə gələcəyi gözlənilir.

Xəbər lenti