Xəzər Xəbər

"Real"da böyük ayrılıq

İdman | 17:53 • 21 Mart 2014
"Real"da böyük ayrılıq

 

İspaniyanın “Marca” qəzetinin yaydığı xəbərə görə, 32 yaşlı qapıçının komandada qalmaqla bağlı bu günlərdə klub rəhbərliyi ilə apardığı danışıqlar uğursuzluqla nəticələnib.

Danışıqlarda Kasilyas əsas heyətdə müntəzəm yer almaq istəyini çatdırıb. Lakin klub rəhbərliyi baş məşqçinin hazırda “Real”ın əsas qapıçısı olan Dieqo Lopesə daha çox güvəndiyini bildirib.

Qeyd edək ki, cari mövsümdə Kasilyas yalnız Çempionlar Liqası və İspaniya Kubokunda oynayıb. La Liqada isə “Real”ın qapısını Lopes qoruyur.

Xəbər lenti