Xəzər Xəbər

Məşhur Alanzinyo "Xəzər Lənkəran"da

İdman | 17:59 • 21 Mart 2014
Məşhur Alanzinyo "Xəzər Lənkəran"da

 

"Trabzonspor"un məşhur futbolçusu Alanzinyo karyerasını Azərbaycanda davam etdirə bilər. Braziliyalı yarımmüdafiəçinin "Xəzər Lənkəran"da çıxış etmək variantı yaranıb.

 

Türkiyə mətbuatının məlumatına görə, Mustafa Dənizlinin komandası Alanzinyoya 4 ay üçün 400 min avro təklif edib. 

 

Qeyd edək ki, Alanzinyo "Trabzonspor"da 2009-2014-cü illərdə 176 oyun keçirib və 16 qol vurub. Qış fasilsində Türkiyə təmsilçisindən ayrılan 31 yaşlı futbolçu əvvəllər Braziliyanın "Flamenqo", "Amerika", "Paranoa" və Norveçin "Stabaek" klublarında top qovub.

Xəbər lenti

Çox oxunanlar