Xəzər Xəbər

Həyacan artdı - Böyük oyuna az qaldı

İdman | 18:03 • 22 Mart 2014
Həyacan artdı - Böyük oyuna az qaldı

 

La Liqanın XXIX turu çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.

 

Xatırladaq ki, "Real" və "Barselona" arasında 226-cı rəsmi qarşılaşma olacaq.

 

İndiyədək baş tutmuş 225 rəsmi matç La Liqa, "Kral Kuboku", İspaniya Kuboku, Superkuboku və Avropa kubokları çərçivəsində keçirilib.

 

"Real" əzəli rəqibini indiyədək 90 dəfə məğlub edə bilib. "Barselona" Madrid təmsilçisi üzərində 87 qələbə qazana bilib. Daha 48 qarşılaşmada isə qalib müəyyənləşməyib. "Real"ın 379 qoluna "Barselona" 363 dəfə cavab verə bilib.

Xəbər lenti

Çox oxunanlar