Xəzər Xəbər

VİDEO: "Çelsi" "Arsenal"ı darmadağın etdi

İdman | 18:55 • 22 Mart 2014
VİDEO: "Çelsi" "Arsenal"ı darmadağın etdi

Bu gün İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində Londonda "Çelsi" - "Arsenal" oyunu keçirilib.

Artıq 5-ci dəqiqədə Samuel Eto "Çelsi"ni önə keçirib. 2 dəqiqə sonra Andre Şurle hesabı artırıb.
 

15-ci dəqiqədə Kieran Gibbs qırmızı vərəqə alaraq "Arsenal"ı azlıqda qoyub. 17-ci dəqiqədə Edin Hazard penalti zərbəsini dəqiq yerinə yetirib.

 

İkinci hissəyə də "Çelsi" futbolçuları fəal başlayıblar. 66-cı dəqiqədə Oskar, 71-ci dəqiqədə isə Mohamed Salah "topçular"ı məyus edib. Oyun 6:0 hesabı ilə bitib.

Beləliklə, "Çelsi" 31 oyundan 69 xalla turnir cədvəlində birinci sıradadır.

 

Xəbər lenti

Çox oxunanlar