Xəzər Xəbər

Ronaldo “Mançester Yunayted”ə qayıda bilər

İdman | 15:26 • 23 Mart 2014
Ronaldo “Mançester Yunayted”ə qayıda bilər

 

 

“Real Madrid” klubunun lideri Kriştianu Ronaldo “Mançester Yunayted”ə geri dönə bilər”.

 

Bu sözləri “Real” klubunun keçmiş prezidenti Ramon Kalderon söyləyib:

 

“Heç nədə 100%-lik əmin olmaq olmaz. Mən bilirəm ki, “Real”a keçməzdən əvvəl o bildirmişdir ki,”Mançester Yunayted” onun ikinci evidir, Aleks Ferqyuson isə atasıdır. Lakin nəticədə, o, Madridə yerləşdi. Ola bilər ki, karyerasının növbəti mərhələsində yenidən “Mançester Yunayted”ə qayıtsın.

 

Keçmiş prezident Kriştianunun uğurunun sirrini də açıqladı:

 

“Kriştianunun uğurunun sirri ondadır ki, o, hər səhər duranda qabağına dünənkindən daha yaxşı olmaq məqsədi qoyur. Bu da onu məğlubedilməz edir. Mən həyatımda heç vaxt onun kimi bir oyunçuya rast gəlməmişəm”.

 

Xəbər lenti

Çox oxunanlar