Azərbaycan I divizionunda 22-ci turun bir neçə oyunu keçirilib. Lider “Araz Naxçıvan” növbəti qələbəsini qazanıb və xalını 59-a qaldıraraq mövqeyini daha da gücləndirib. Digər oyunlarda nəticələr aşağıdakı kimi olub:
“Şəmkir” - “Şuşa” - 1:3
Qollar: Ramil Sadiqov, 87 (p.) // Abdulla Sadiqov, 22 (ö.q.); Məhəmməd Xəlilov, 82; 85)
“Qaradağ Lökbatan” - “Ağsu” – 2:2
Qollar: Rüfət Məmmədov, 14; Ramal Hüseynov, 24// Fərmayıl Əliyev, 4; 17
“Göyəzən” - “Bakılı” – 0:3
Qollar: Röyal Nəcəfov, 13; 80; Şahin Əliyev, 37
“Karvan” - “Şahdağ” – 0:1
Qol: Emin Əmiraslanov, 61
“Araz Naxçıvan” – MOİK – 3:0
Qollar: Akif Tağıyev, 21; Elvin Çobanov, 64; Fərid Quliyev, 87
Turun digər oyunları sabah baş tutacaq.