“Atletiko Madrid” ilə möhtəşəm çıxışını davam etdirənArda Turanı transfer etmək istəyən Avropanın nəhəng klublarının sayı günbəgün artır.
Bu dəfə “Yuventus” klubu Arda Turan üçün transfer təklifi hazırlayıb.
Gələn mövsüm 4-3-3-ə keçmək istəyən baş məşqçiAntonio Kontenin ən böyük arzusu da Arda Turanı heyətə qatmaqdır. Futbolçu üçün İtaliya nəhəngi 40 milyon avronu ödəməyə hazır olduğunu da bildirib.
Qeyd edək ki, Arda Turanı transfer etmək istəyən klublar arasında “Liverpul”, “Çelsi”, “Barselona” və “Monako” da var.