Xəzər Xəbər

"Qarabağ" addım-addım çempionluğa doğru

İdman | 19:11 • 23 Mart 2014
"Qarabağ" addım-addım çempionluğa doğru

 

Bu gün Topaz Premyer Liqada 27-ci turun oyunları keçirilib. 5 qarşılaşmanın hamısı eyni gündə baş tutub.

Turnir cədvəlinin hazırkı lideri "Qarabağ" mərkəzi arenada sonuncu pillədə yer alan "Sumqayıt"ı qəbul edib və darmadağınla qalib gəlib. Turun mərkəzi görüşü Qəbələdə baş tutub. Qəbələnin eyniadlı komandası doğma azarkeşlər önündə "İnter"i sınağa çəkib. Paytaxt klubu gözlənilmədən səfərdə darmadağına sevinib. Şüvəlanda AZAL "Bakı" ilə üz-üzə gəlib və yeni baş məşqçisi ilə ilk oyununda məğlubiyyətlə üzləşib. Bölgədə baş tutan digər bir qarşılaşma isə "Xəzər Lənkəran" və "Simurq" arasında keçirilib. Bu görüşdə də sevinən tərəf qonaqlar olub. "Rəvan" isə "Bayıl Arena"da "Neftçi"ni qəbul edib və güclü rəqibinə minimal hesabla uduzub.

Topaz Premyer Liqası
27-ci tur
23 mart

QƏBƏLƏ - İNTER - 1:4 (0:1)
Qollar: B.Sxadadze, 13 (0:1), M.Alvaro, 46 (0:2), M.Alvaro, 54 (0:3), M.Şpiçiç, 57 (0:4), V.Mendi, 88 (1:4).
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Mübariz Haşımov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu.

QƏBƏLƏ: 30. Anar Nəzirov, 6. Vladimir Levin (k), 7. Marat İzmaylov, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 46. Davronjon Erqaşev, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 2. Rail Məlikov, 8. Nizami Hacıyev, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva.
İNTER: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 20. Brüs Abdulaye, 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 12. İvo Taborski, 21. Arif Daşdəmirov, 91. Coşqun Diniyev.

XƏZƏR LƏNKƏRAN - SİMURQ - 1:3 (0:2)
Qollar: R.Eyyubov, 17 (0:1), S.Polyak, 22 (0:2), J.Nildo, 74 (1:2), A.Oliveyra, 81 (1:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
Xəzər Lənkəran mərkəzi stadionu.

XƏZƏR LƏNKƏRAN: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Deyan Blajevski, 10. Elnur Abdullayev, 11. Zohair Banuahi, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 12. Junior Nildo, 23. Nikola Qliqorov, 30. Elias Ribeyro, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.
SİMURQ: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 22. Salif Ballo, 33. Arzuman Nəsibov, 77. Nicat Qurbanov.

AZAL - BAKI - 1:2 (1:1)
Qollar: Y.Travner, 29 (0:1), C.Oluremi, 38 (1:1), X.J.Aylton, 47-öz qapısına (1:2).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Ziya Nəsirov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Alik Yunusov
Bakı. “AZAL Arena”.

AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Xose Junior Aylton, 15. Oskar Klava, 20. Branislav Arsenyeviç, 32. Laşa Kasradze, 31. Şəhriyar Rəhimov, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev, 18. Samuel Barlay, 9. Orxan Həsənov, 5. Murad Ağayev, 22. Axtam Xamroqulov.
BAKI: 1. Aqil Məmmədov (k), 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 31. Vüqar Mustafayev, 15. Alberto Noquera, 8. Cavid Hüseynov, 22. Namiq Ələsgərov, 17. Risto Ristoviç, 19. Marius Pena.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 21. Elvin Məmmədov, 16. Xavyer Junior, 34. Şəhriyar Əliyev, 24. Georgios Pelagias, 10. Aleksandar Soliç, 27. Tural Qürbətov.

RƏVAN - NEFTÇİ - 0:1 (0:1)
Qol: R.Qurbanov, 10 (0:1).
Qırmızı vərəqə: M.Balokoq, 70.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov
Bakı. “Bayıl Arena”.

QARABAĞ - SUMQAYIT - 3:0 (0:0)
Qollar: Reynaldo, 70 (1:0), Reynaldo, 72 (2:0), R.Almeyda, 74 (3:0).
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Coşqun Həsənov, Ramiz Məhərrəmov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

QARABAĞ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Ulrix Kapolonqo, 19. Jaba Dvali, 18. İlqar Qurbanov.
SUMQAYIT: 63. Şahruddin Məhəmmədəliyev, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 3. Vurğun Hüseynov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 88. Mirzağa Hüseynpur.

Xəbər lenti

Çox oxunanlar