Xəzər Xəbər

Şəhriyar Məmmədyarov ermənini məyus etdi

İdman | 11:15 • 24 Mart 2014
Şəhriyar Məmmədyarov ermənini məyus etdi

 

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən İddiaçılar Turnirində 9-cu turun görüşləri başa çatıb.

Bu turda Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gəlib. Birinci dövrədə rəqibinə məğlub olan şahmatçımız bu dəfə oyunu öz xeyrinə dəyişməyi bacarıb 1:0. 

Beləliklə, Məmmədyarov 9 turdan sonra aktivinə 4.5 xal yazaraq, Karyakin və Kramniklə bərabər 3-5-ci yerləri bölüşdürür. Anand isə 6 xalla hələlik liderliyini qoruyub. 

Aronyan 5 xalla 2-ci, Andreykin və Svidler 4 xalla 6-7-ci, Topalov isə 3.5 xalla sonuncu pillədədir. 

Martın 25-də keçiriləcək növbəti turda həmyerlimiz qara fiqurlarla keçmiş dünya çempionu Ananda qarşı oynayacaq.

Xəbər lenti

Çox oxunanlar