Xəzər Xəbər

Ronaldoya sərt cavab gəldi

İdman | 14:32 • 24 Mart 2014
Ronaldoya sərt cavab gəldi

 

"Barselona"nın futbolçusu Xerard Pike "Real"ın futbolçusu Kriştiano Ronaldonun cavabını verib.

 

Portuqaliyalı hücumçu hakimin qərarlarını tənqid etmişdi.

 

Pike isə açıqlamasında Ronaldonun dediklərinin sadəcə bir bəhanə olduğunu bildirib:

 

"Ronaldo hələ ağlayır? Belə bir matçdan sonra hakim haqqında danışmaq axmaqlıqdır. Ronaldonun penalti qazandırdığı epizodda heç on bir metrlik cərimə zərbəsi yox idi. İnanılmaz oyunun sonunda qalib gəldik".

Qeyd edək ki, sözügedən qarşılaşmada "Barselona" səfərdə "Real"ı 4:3 hesabı ilə məğlub edib.

Xəbər lenti

Çox oxunanlar