Xəzər Xəbər

Hiddink yenidən sükan arxasında

İdman | 12:11 • 25 Mart 2014
Hiddink yenidən sükan arxasında

 

Türkiyə milli komandasının sabiq baş məşqçisi Qus Hiddink özünə yeni iş yeri tapıb. Təcrübəli mütəxəssis Hollandiya yığmasına baş məşqçi təyin olunub.

O, Hollandiya Futbol İttifaqı ilə 2 illik müqavilə bağlayıb. Hiddinkə Rud van Nistelroy və Danni Blind yardımçı olacaq. Məşqçilər heyətinin təqdimatı bu həftə olacaq. Onlar 2014-cü il dünya çempionatından sonra işə başlayacaqlar.

Qeyd edək ki, Qus Hiddink 1994 – 1998-ci illərdə də Hollandiya millisinin baş məşqçisi olub. Hazırda isə 67 yaşlı mütəxəssis Cənubi Koreya yığmasında baş məşqçi köməkçisi kimi çalışır.

lent.az

Xəbər lenti

Çox oxunanlar