Xəzər Xəbər

PSJ "transfer bombası"nı partladır

İdman | 10:24 • 26 Mart 2014
PSJ "transfer bombası"nı partladır

 

 

Xezerxeber.com "Punta Pelota"ya istinadən xəbər verir ki, Paris təmsilçisi İspaniyanın "Real Sosyedad" klubunun bacarıqlı hücumçusu Antoine Qrizmanın keçidini böyük ölçüdə həll edib. 

 

Transfer dəyəri 30 milyon avro olan fransalı forvarda PSJ illik 3 milyon avro ödəyəcək. Bu keçidin yayda reallaşacağı iddia olunur.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm "Real Sosyedad" forması ilə meydana çıxdığı 24 oyunda 15 qola imza atıb. 

 

Xəbər lenti

Çox oxunanlar