Xəzər Xəbər

Super Liqada iki istefa birdən

İdman | 13:46 • 26 Mart 2014
Super Liqada iki istefa birdən

 

Türkiyə Super Liqasında iki klubu baş məşqçisiz qalıb. "Qaziantepspor" və "Bursaspor" baş məşqçiləri ilə yollarını ayırıb.

 

Ötən gün evdə "Fənərbaxça"ya 0:3 hesabı ilə yenilən "Qaziantepspor"un baş məşqçisi Sergen Yalçın istefa verib. Bu barədə o, özü məlumat verib: "Qaziantepspor" klubu ilə bu gün yollarımı ayırdım. Gəldiyim gündəki komanda ilə getdiyim gündəki komanda eyni nöqtədə deyildi. Köməkçilərimlə birlikdə əlimdən gələn hər şeyi etdim. Amma artıq bizdən aslı olmayan bəzi problemlər var. Mən də baş məşqçilikdə çox təcrübəli deyiləm. "Qaziantepspor" və Qaziantep əhalisini çox sevirəm. Gəldiyimiz gündən hansı şərtlər altında işlədiyimiz ortadadı. Məni unutmasınlar. Kim bilir, bəlkə yenidən görüşərik. Gedişimin "Fənərbaxça" məğlubiyyəti ilə əlaqəsi yoxdu. Onsuz da indiki halda "Fənərbaxça" bizim rəqibimiz deyildi. Nəticəni normal hesab edirəm".  

 

"Bursaspor" isə Kristof Daumla yollarını rəsmən ayırıb. Alman məşqçi ilə aparılan danışıqlar nəticə verməyib və onun müqaviləsi tək tərəfli şəkildə pozulub. Onun köməkçisi, belçikalı Rudi Verkempink də komandadan kənarlaşdırılıb. Digər köməkçi İrfan Buz isə vəzifəsində saxlanılıb. Komandanı bu gün "Qalatasaray"la keçiriləcək kubok oyununa məhz o çıxaracaq.

Xəbər lenti

Çox oxunanlar