Xəzər Xəbər

Ulduz futbolçu "Qalatasaray"a gəlir?

İdman | 14:14 • 26 Mart 2014
Ulduz futbolçu "Qalatasaray"a gəlir?

 

"Mançester Siti"nin hücumçusu Edin Dzeko mövsümün sonunda "Qalatasaray"a transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

XezerXeber.com "Sporx.com"a istinadən verdiyi məlumata görə, bosniyalı futbolçu "Qalatasaray"dan gələcək təklifi dəyərləndirəcəyini bildirib:

"Mançester Siti" ilə müqaviləm növbəti ildə bitəcək. Gələcək təklifləri ciddi düşünəcəm. "Qalatasaray"ı mətbuatdan izləyirəm. Yaxşı tanıdığım və bildiyim bir komandadır. Roberto Mançini ilə birgə yenidən çempionluq yaşamaq əla olardı. "Qalatasaray"ın fanatlarının çox çılğın olduğunu bilirəm. Belə azarkeşlər qarşısında oynamaq hər zaman zövq verir".

Qeyd edək ki, Dzeko ilə "Borussiya" (Dortmund) və "İnter" klubları da yaxından maraqlanır.

Xəbər lenti

Çox oxunanlar