Xəzər Xəbər

“Rubin” Ruslana qiymət qoydu

İdman | 17:21 • 26 Mart 2014
“Rubin” Ruslana qiymət qoydu

 

26 yaşlı futbolçu ehtiyatda qaldığı üçün Kazan təmsilçisi ilə yollarını ayırır. Tatarıstanlı həmkarlarımız “Rubin”lə hələ yarım illik müqaviləsi olan Abışovun transfer qiymətinin 400 min avro olduğunu açıqlayıblar.

Qeyd edək ki, Ruslan 2013-cü ildə “Rubin”in sabiq baş məşqçisi Kurban Berdıyevin istəyi ilə “Xəzər Lənkəran”dan transfer olunsa da, onun dönəmində əsas heyətə düşməkdə çətinlik çəkirdi. Komandanın yeni çalışdırıcı Rinat Bilyaletdinov da Abışova “11-lik”də şans vermədiyindən, millimizin üzvü durumundan narazıdır.

Abışov dəfələrlə karyerasını xaricdə davam etdirmək istədiyini açıqlasa da, ona daha çox yerli klublar maraq göstərir. Konkret olaraq, “Qəbələ” və “Bakı”nın Ruslanı öz heyətlərində görmək istədiyi yönündə xəbərlər var.

Xəbər lenti

Çox oxunanlar