Xəzər Xəbər

O, "Fənərbaxça"dan gedir

İdman | 17:31 • 26 Mart 2014
O, "Fənərbaxça"dan gedir

 

"Fənərbaxça" klubunun hücumçusu Musa Souya Rusiyadan təkliflər gəlməkdə davam edir.

"Zenit"in ardından "Rubin" (Kazan) klubu da seneqallı futbolçunun xidmətində maraqlıdır.

Kazan təmsilçisi Sounun transferi üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəməyə hazır olduğunu açıqlayıb. Lakin "Fənərbaxça" klubu hələlik "Rubin"in təklifinə münasibət bildirməyib. İstanbul təmsilçisi 28 yaşlı futbolçunu daha yüksək məbləğə satmaq niyyətindədir.

Qeyd edək ki, Sou 2012-ci ildə "Lill" klubundan "Fənərbaxça"ya transfer olunmuşdu.

Xəbər lenti

Çox oxunanlar