Xəzər Xəbər

Futbol dünyasında yenilik – Millətlər Liqası

İdman | 15:53 • 27 Mart 2014
Futbol dünyasında yenilik – Millətlər Liqası

 

 

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) 54 üzvü "2018-2022-ci illər üzrə milli futbol komandaları üzrə qətnamə"yə yekdilliklə səs veriblər. Həmin sənədə görə, 2018-ci ildən Millətlər Liqası turnirinə start veriləcək.

 

Bu barədə "R-Sport" agentliyi təşkilatın rəsmi saytına istinadən xəbər yayıb.

 

Turnirin dəqiq formatı hələlik təsdiqlənməsə də onun iki ildən bir keçiriləcəyi və yığmalar arasında yoldaşlıq oyunlarını əvəz edəcəyi planlaşdırılıb. Komandalar üç və ya dörd diviziona bölünəcəklər.

 

Ali divizionda 16 yığma oynayacaq ki, onlar 4 komanda üzrə 4 qrupa bölünəcəklər və rəqiblərin hər biri evdə və səfərdə oyun keçirəcəklər. Hər bir qrupun qalibi neytral ərazidə keçiriləcək "Dördlər finalı"na düşəcək.

 

Milli yığma komandaların yarışları komitəsinin rəhbəri Volfqanq Nirsbax deyib: "Biz UEFA üzvlərinin yeni turnirin yaradılmasına dair qərarını qəbul edir və ona hörmət edirik. Bu Avropanın milli komandaları üçün böyük addımdır və azarkeşlərin yeni formatı dəstəkləyəcəklərinə ümid edirik" ("Trend.az").

 

Xəbər lenti

Çox oxunanlar