Xəzər Xəbər

Dünya futbolunda belə hadisə olmamışdı

İdman | 17:55 • 27 Mart 2014
Dünya futbolunda belə hadisə olmamışdı

 

İngiltərə yığması və "Mançester Yunayted" klubunun sabiq ulduzu Devid Bekhem dünya futbolunda misli görünməmiş əməliyyata liderlik edir.

 


Devid Bekhem sabiq komanda yoldaşları Pol Skoulz, Rayan Qiqqz, Niki Batt, habelə Qeri Fil Nevill qardaşları ilə bir araya gələrək "Mançester Yunaytad" klubunu amerikalı milyarderlər Coel Avram Qleyzerlərdən satın almağa hazırlaşırlar.
 

 

Britaniyada "Class 92" adlanan dəstəyə, yəni İngiltərənin 1992-ci ildəki yığma komandasının heyətində yer almış futbolçulara daxil olan bu oyunçular MU-nu Qətərdəki investisiya fondunun maliyyə dəstəyi ilə almaq niyyətindədir.
 

 

Qətərlilərlə danışıqlarda D.Bekhem vasitəçilik edir. Səbəb isə Qətər Dövlət İnvestisiya Fonduna məxsus "Pari Sen-Jermen" klubunda Devid Bekhemin bir neçə ay oynaması və qətərli investorlarla həmin vaxtlarda tanış olmasıdır.
 

 

"Qırmızı şeytanlar"ın varlı azarkeşləri də klubun Qleyzerlərdən satın alınmasında iştirak edəcəklərini deyiblər. Məsələn, "Betfred" bukmeker şəbəkəsinin sahibi Fred Dan MU-nun "Qleyzerlərdən qurtulması" üçün hər cür köməyi göstərməyə hazır olduğunu deyib.
 

 

"Mançester Yunayted"in zəngin azarkeşlərdən ibarət "Qırmızı cəngavərlər" qrupu da danışıqlara qatılacaq. Bu qrup 2010-cu ildə klubu Qleyzerlərdən almağa cəhd göstərmişdi.
 

 

The Sun bildirir ki, Devid Bekhemin baçşılıq etdiyi "Class 92" qrupu və Qətər İnvestisiya Fondundan ibarət konsorsium "Mançester Yunayted"in satın alınması üçün artıq 2 milyard funt-sterlinq ayırıb.

 

Konsorsium klubun səhmlərinin 90 faizinə yiyələnmək niyyətindədir.
 

 

"Mançester Yunayted"in indiki sahibləri, amerikalı milyarderlər Coel və Avram Qleyzer qardaşları da 2005-ci ildə aldıqları klubu satmağa hazır olduqlarını qeyri-rəsmi şəkildə bildiriblər.
 

 

Onların belə ruhdan düşmələrinə səbəb "qırmızı şeytanlar"ın Premyer-Liqanın ötən turunda "Mançester Siti"yə 0:3 hesabla uduzmasıdır.

 

Bu məğlubiyyətdən sonra "Mançester Yunayted"in forvardı Ueyn Runi deyib: "Çox pis vəziyyətdəyik. Əvvəlki dövrlərdən fərqli olaraq rəqiblərimiz artıq "Old Trafford"a gəlməkdən qorxmurlar. Klub çox pis idarə olunur".
 

 

MU menecerləri Sky Sports-a verdikləri açıqlamada bildiriblər ki, "Devid Bekhem və dostları"nın təşəbbüsündən xəbərləri yoxdur.

The Telegraph isə xəbər verir ki, Qari Nevill və Rayan Qiqqz "Selford Siti" klubunu satın almaq istəyirlər.

milli.az

Xəbər lenti

Çox oxunanlar