Xəzər Xəbər

“Barselona” “Balkan Messisi”ni aldı

İdman | 19:31 • 27 Mart 2014
“Barselona” “Balkan Messisi”ni aldı

Zaqreb “Dinamo”sunun futbolçusu ilə 5 illik müqavilə bağlanıb. Klubun rəsmi saytı xəbəri təsdiqləyib.

 

“Barselona” Xaliloviçin transferinə görə 2,2 milyon avro ödəyib. “Balkan Messisi” adlandırılan futbolçu “Barselona”ya keçdiyi üçün xoşbəxt olduğunu bildirib: “Hələ də buna inana bilmirəm.

 

Uşaqlıqdan bu klubun azarkeşi olmuşam. “Barselona”da oynamaqdan böyük qürur ola bilməz”.

Xəbər lenti

Çox oxunanlar