Xəzər Xəbər

“Çelsi“dən ulduz futbolçuya fantastik təklif

İdman | 12:04 • 28 Mart 2014
“Çelsi“dən ulduz futbolçuya fantastik təklif

 

"Real"ı "Napoli"yə dəyişdikdən sonra göstərdiyi  oyunla daha da diqqət mərkəzinə düşən Qonsalo İquayn karyerasını İngiltərədə davam etdirə bilər.

 

Bu barədə “The Telegraph” məlumat yayıb. "Çelsi" hücum xəttini argentinalı forvardla gücləndirməyi planlaşdırır.

 

Məlumatda bildirilir ki, London təmsilçisinin baş məşqçisi Joze Mourinyo sabiq futbolçusunu komandasında görmək üçün əlindən gələn edəcək.

 

İngilislər İquaynın transferi üçün qarşı tərəfə 50 milyon funt-sterlinq ödəməyə hazırdı. Lakin Neapol klubu da İquayni satmaq niyyətində deyil. Transferin reallaşıb-reallaşmayacağı yayda bilinəcək.

 

Qeyd edək ki, İquayn bu mövsüm A Seriyasında çıxdığı 26 oyunda 14 qol vurub.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024