Xəzər Xəbər

Əfran İsmayılov və Rauf Əliyev sıraya qayıtdı

İdman | 18:28 • 28 Mart 2014
Əfran İsmayılov və Rauf Əliyev sıraya qayıtdı

 

Sabah “Bakı”  Premyer Liqanın 28-ci turunda öz meydanəıda “Simurq”la qarşılaşacaq.

Bu gün komanda oyunöncəsi son məşqini keçirib.

Saat 11:00-da yüngül qaçışla başlayan hazırlıq yerini dartınma hərəkətlərinə buraxıb. Ardınca əyləncəli qaçdı-tutdu oynayan futbolçular məşqin çox hissəsini “kvadrat”a həsr edib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra isə ikitərəfli oyun baş tutub. Rəmzi olaraq “göylər” və “yaşıllar”ın mübarizəsində birincilər (4:2) üstün olub.

Qeyd edək ki, zədəsini sağaldan Əfran İsmayılov və Rauf Əliyev kollektiv məşqlərə qoşulub.





















Xəbər lenti

Çox oxunanlar