Xəzər Xəbər

Bu gün Çempionlar Liqasında 1/4 final başlayır

İdman | 10:38 • 1 Aprel 2014
Bu gün Çempionlar Liqasında 1/4 final başlayır

 

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

İlk oyun günündə 2 görüş keçiriləcək. Matçlardan biri İspaniya, digəri isə İngiltərədə baş tutacaq.

La Liqada çempionluq yolunda bir-birinə rəqib olan “Barselona” ilə “Atletiko”nun yolu qitənin ən nüfuzlu klub turnirində də kəsişib. “Nou Kamp”da reallaşacaq matçda favorit meydan sahibləri sayılsa da, qonaqlar sürpriz etmək üçün əllərindən gələni edəcəklər.

İngiltərə Premyer Liqasında ən uğursuz mövsümlərindən birini keçirən “Mançester Yunyated”in rəqibi isə “Bavariya”dır. Turnirin sonuncu qalibi “Old Trafford”dan sərfəli nəticə ilə ayrılmağı hədəfləyib.

1/4 final mərhələsi

İlk oyunlar

23:45. “Barselona” (İspaniya) – “Atletiko” (İspaniya)

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya)

Xatırladaq ki, 1/4 final mərhələsinin digər 2 oyunu sabah baş tutacaq.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024