Xəzər Xəbər

"Qarabağ" Avropanın ən yaxşısı oldu - SİYAHI

İdman | 11:46 • 1 Aprel 2014
"Qarabağ" Avropanın ən yaxşısı oldu - SİYAHI

 

"Qarabağ" Avropanın ən yaxşı müdafiə xəttinə sahib olan klubudu. Fanat.az xəbər verir ki, Ağdam klubu cari mövsümdə ən az qol buraxan klublar siyahısında birinci pilləyə yüksəlib. 

Sonuncu 24-cü turun "Neftçi" ilə oyununda qol buraxan komanda (4:1) “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ” (3:0) matçlarında qapısını toxunulmaz saxlayıb. "Qarabağ" cari mövsümdə 14 qola üzülüb.

Premyer Linanın lideri son turadək Avropa klubları arasında yalnız "Bavariya"dan geri qalırdı. Sonuncu turda "Hoffenhaym"la 3:3 hesablı heç-heçəyə razılaşan Münhen klubunun buraxdığı qolların sayı 16-ya çatıb.

Ən az qol buraxanların siyahısında "Simurq" da var. Zaqatala təmsilçisi 22 oyunda 22 dəfə məyus olub və "Qalatasaray", "Ayaks", "Yuventus", "Atletiko", və "Artomitos"lə birlikdə 14-19-cu pilləri bölüşür.

Avropanın 14 önəmli milli çempionatında və Azərbaycanda ən azı qol buraxan klubları təqdim edirik:

1. Qarabağ - 14

2. Roma - 15

3. Benfika - 15

4. Bavaryia - 16

5. Seltik - 16

6. Standard - 17

7. Olimpiakos - 17

8. Sportinq - 17

9. Lokomotiv - 17

10. PSJ - 18

11. Lill - 19

12. Portu - 20

13. Midilyand - 21

14. Qalatasaray - 22

15. Simurq - 22

16. Ayaks - 22

17. Yuventus - 22

18. Atletiko - 22

19. Artomitos - 22

20. Zenit - 23

21. Çelsi - 24

22. Panatiniakos - 24

23. Barselona - 25

24. Beşiktaş - 25

25. Eskişəhərspor - 25

Xəbər lenti

Çox oxunanlar