Xəzər Xəbər

Toğrul Əsgərov: "Günahkar özüməm"

İdman | 10:50 • 2 Aprel 2014
Toğrul Əsgərov: "Günahkar özüməm"

 

Olimpiya çempionu Toğrul Əsgərov (65) Finlandiyada keçirilən Avropa Çempionatındakı start döyüşündə uduzmasına münasibət bildirib. 

XezerXeber.com xəbər verir ki, Azerisport.az saytına müsahibəsində o, uğursuzluğu belə şərh edib:

“Məğlubiyyətimin səbəbi ilk növbədə özümlə bağlıdı. Məşqlərdə özümü yaxşı hiss edirdim. Hətta çəkicə özümdən ağır olanları məğlub edirdim. Amma məşq ayrı, AÇ kimi belə turnirlər ayrı. Təəssüf edirəm ki, belə uğursuz çıxış etdim. İnanmazsız, amma mən ayaqlarımı hiss etmirdim. Novaçkovu özümə ciddi rəqib hesab etmirəm. Onunla 10 dəfə qarşılaşsam, hamısında qalib gələrdim. Amma burada alınmadı. Bir daha dərk etdim ki, məşqlə bu cür məsuliyyətli turnir bir-birindən çox fərqlənir”.

19 aydı rəsmi yarışlara qatılmamasının onun çıxışına təsir etdiyini Əsgərov özü də etiraf edib: 

“Razıyam. Xeyli müddət məşqlərə ara verdim, sonra formaya düşmək çətin oldu. İndi dərk edirəm ki, ən azı iki turnirdə iştirak etməliydim. Bu qədər fasilə vermək lazım deyildi. Yenidən qələbələr qazanmaq üçün hər şeyi edəcəm. Evə qayıdandan sonra Finlandiyadakı uğursuzluğun səbəblərini bir daha dərk etməyə çalışacam. Novaçkov kimi rəqibə uduzmaq daha üzücüdü. Amma günahkar özüməm”.

Xəbər lenti