Xəzər Xəbər

FİFA-dan “Barselona”ya ŞOK cəza

İdman | 16:14 • 2 Aprel 2014
FİFA-dan “Barselona”ya ŞOK cəza

 

FİFA İspaniya Futbol Federasiyası və “Barselona” klubunu cəzalandırıb. Lent.az-ın məlumatına görə, buna yetkinlik yaşına çatmayan futbolçuların keçidi və qeydiyyatı ilə bağlı əsasnamənin pozulması səbəb olub.

 

Söhbət 2009 – 2013-cü illərdə baş vermiş 10 qayda pozuntusundan gedir. FİFA-nın qərarına əsasən, “Barselona”nın ardıcıl 2 transfer dövründə daxili və beynəlxalq transferləri həyata keçirməsi qadağan edilib. Kluba 450 min İsveçrə frankı məbləğində cərimə kəsilib və reqlament pozuntusu hallarını yoluna qoymaq üçün 90 gün vaxt verilib. İspaniya Futbol Federasiyası isə 500 min frank cərimələnib.

Xəbər lenti

Çox oxunanlar