Xəzər Xəbər

Liverpul ÇL-da 3-cü səbətdə yer alacaq

İdman | 14:54 • 3 Aprel 2014
Liverpul ÇL-da 3-cü səbətdə yer alacaq

 

İngiltərə çempionu olsa belə Liverpul gələn mövsüm çempionlar liqasının püşkatması zamanı 3-cü səbətdə yer alacaq. Buna səbəb onların 2010-cu ildən bəri ÇL-də iştirak etməmələri və hazırda UEFA-nın əmsallar cədvəlində 32-ci yerdə olmalarıdır.

 

Mançester Siti isə 3-cü səbətdən 2-ciyə qalxacaq. Komanda həm bu il turnirdə 1/8 finala yüksəlib, həm də Mançester Yunayted böyük ehtimalla növbəti turnirə vəsiqə əldə edə bilməyəcək.

 

Beləliklə Liverpul gələn mövsüm çempionlar liqasının qrup mərhələsində Bavariya, Yuventus, PSG və ya hər hansı bir ispan nəhəngi ilə eyni qrupda yer ala bilər.

Xəbər lenti