Xəzər Xəbər

Avroliqada 1/4 final mərhələsinin matçları başlayır

İdman | 18:02 • 3 Aprel 2014
Avroliqada 1/4 final mərhələsinin matçları başlayır

Bu gün nüfuzuna görə ikinci dərəcəli klub turniri sayılan Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

İspaniya və Portuqaliyanın iki, İtaliya, Hollandiya və İsveçrənin isə hərəyə bir komanda ilə təmsil olunduğu sözügedən mərhələnin bütün oyunları eyni vaxtda – gecə saat 00:05-də start götürəcək.

“Porto” (Portuqaliya) – “Sevilya” (İspaniya)
“Alkmaar” (Hollandiya) – “Benfika” (Portuqaliya)
“Lion” (Fransa) – “Yuventus” (İtaliya)
“Bazel” (İsveçrə) – “Valensiya” (İspaniya)

Qeyd edək ki, komandalar arasında cavab oyunları bir həftə sonra baş tutacaq .

Xəbər lenti