Xəzər Xəbər

İngiltərə futbolunda qalmaqal: 7 nəfər tutuldu

İdman | 10:59 • 4 Aprel 2014
İngiltərə futbolunda qalmaqal: 7 nəfər tutuldu

 

 

Əməliyyata başlayan İngiltərə Milli Cinayət Agentliyi məslə ilə bağlı ətraflı məlumat verməsə də İngiltərə futbol liqasında adları gizli saxlanılan 7 futbolçunun çirkli pulu yumaq və korrupsiya cinayətlərindən həbs olunduqlarını açıqlayıb. Bu həbs olunan futbolçuların İngiltərənin şimal-qərbində futbol oynayan yaşları 18-30 olan oyunçular olduğu ifadə edilib. Milli Cinayət Agentliyi istintaqı "The Sun on Sunday" qəzetinin xəbərlərindən sonra başlatdıqlarını bildirib. 

 

Xatırladaq ki, ötən ilin dekabr ayında da daha 6 futbolçu danışılmış oyunlarda təqsirli bilinərək həbs olunmuşdu. 8 aprelə qədər şərti olaraq sərbəst buraxılan Premier Liqa futbolçusu Kampbell ortaya çıxan yeni dəlillərdən sonra təkrar həbs olunub. Kampbellə yanaşı sabiq "Oldham Atletik"in oyunçusu Kristian Montano ilə birlikdə həbs olunan digər 11 futbolçunun adları gizli saxlanılıb (ANS). 

 

Xəbər lenti

Çox oxunanlar