Xəzər Xəbər

İdmançımız finalda erməni güləşçi ilə üz-üzə

İdman | 15:38 • 4 Aprel 2014
İdmançımız finalda erməni güləşçi ilə üz-üzə

 

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatında Azərbaycanın daha bir güləşçisi azı gümüş medalı özünə təmin edib.

Trend-in məlumatına görə, 70 kq çəkidə yarışan sərbəst güləşçi Ruslan Dibirhacıyev finaladək bütün görüşlərdə rəqiblərindən üstün olmağı bacarıb.

Təmsilçimiz 1/8 finalda belarus Anton Afanasyevi, 1/4 finalda macar İstvan Gulyası, yarımfinalda üsə türkiyəli Yakup Görü mübarizədən kənarlaşıdırıb.

İdmançımızın final görüşü isə daha prinsipial əhəmiyyət daşıyır. Belə ki son mərhələdə R.Dibirhacıyev erməni Qriqor Qriqoryanı məğlub etməlidir.

Xəbər yenilənir

Xəbər lenti

Çox oxunanlar