Xəzər Xəbər

Avropada həftənin 5 əsas oyunu

İdman | 12:08 • 5 Aprel 2014
Avropada həftənin 5 əsas oyunu

 

Burada Volfsburq elit komandalar arasına daxil olmaq istəyir. Bir neçə ilə əvvəl ölkə çempionu olan komanda uzun müddətdir ki, bu qədər liderlərə yaxın olmayıb. İlk addım kimi 4-cü yer uğrunda mübarizədir.Son 6 oyunda bu komandalar bir-birlərinə 27 qol vurublar.Bu isə bir oyuna orta hesabla 4,5 qol deməkdir.Borussiya yəqin ki, Realla oyunu düşünəcək. Bu da Volfsburqun imkanlarını bir qədər artırır.

 

Borussiya D-Volfsburq      Şənbə . 21-30

 

Avropada həftənin 5 əsas oyunu

Həftənin bəlkə də əsas oyunu Türkiyədə keçiriləcək. Qardaş ölkədə 2014-cü ilin ilk böyük derbisi olacaq. TT arenada Qalatasaray çempionluğa doğru inamla addımlayan Fənərbağçanı qəbul edəcək. Deyilənlərə görə məğlubiyyət Mançininin gedişi ilə nəticələnəcək.Qeyd edək ki, komandaları 10 xal ayırır. Qalatasaray 4 pyundur ki, qələbəyə həsrətdir.Bundan əvvəlki derbidə Mançini məğlub olmuşdu. Türkiyəni tərk etməzdən əvvəl əlbəttə ki, adını klub tarixinə yazdırıb getmək daha yaxşı olar.

 

Qalatasaray-Fənərbağça     Bazar 21-00 

 

İspaniyada iki oyunu qeyd etmək olar. Bunlardan biri Madriddə keçiriləcək. Atletiko favoritlər sırasında olmayan bəlkə də ən çətin komandanı qonaq edəcək. Vilyareal müdafiənin gücü və əks-hücumları keçirməyi ilə seçilir. Komandanın itkiləri böyükdür. Arda ilə Dieqo Koşta zədəlidirlər. Qabi isə cəza səbəbilə oyunu buraxacaq. Simeone turu xal itirmədən bitirmık üçün çox çalışmalıdır. Artıq bu dəfə ehtiyat futbolçular özlərini göstərməlidirlər.

 

Atletiko M-Vilyareal  Şənbə 19-00

 

Digər qarşıalşma isə San Sebastyanda baş tutacaq. Hazırda liderdən 3 xal geridə qalan kral klubu çempionatın sonuna qədər olan ən çətin səfərə yollanır. Madridlilərin xeyrinə Sosyedadın hücumu xoşlaması ola bilər. Real Sosyedad bu mövsüm liqada ən məhsuldar komandadır. Digər tərəfdən isə Ançelotti Ronaldo və Di Marioyanın xidmətindən yararlana bilməyəcək.

 

Real Sosyedad-Real M     Şənbə  23-00

 

 

Həftənin son oyunu kimi Liverpuldakı qarşılaşmanı qeyd etməliyik. İngiltərə premyer liqasının növbəti turunda Evertonla Arsenal qarşılaşacaq. İntriqanın böyük olmasına səbəb komandaların turnir cədvəlində qonşu olmalarıdır. Hər iki komanda çempionlar liqasına düşmək uğrunda mübarizə aparır. Devid Moyesdən yaxa qurtaran Everton bu mövsüm öz meydanında yalnız 1 dəfə məğlub olub.  Son 5 oyunun hamısında isə qələbə qazanıb.

 

Everton-Arsenal    Bazar 17-30.

 

Avropada həftənin 5 əsas oyunu

Xəbər lenti