Xəzər Xəbər

"Biz Messiyik!"

İdman | 11:48 • 6 Aprel 2014
"Biz Messiyik!"

 

"Mançester Siti" klubunun hücumçusu Serxio Aquero maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.

"FourFourTwo"ya danışan argentinalı futbolçu özünü "Barselona"nın forvardı Lionel Messi ilə müqayisə edib.

"Mən Luis Suarezlə birgə İngiltərə Premyer Liqasının Messisiyəm. Mən də Messi kimi argentinalıyam. Suarez isə cənubi amerikalıdır və gözəl driblinqləri ilə seçilir. Yəni bizi Messi ilə müqayisə etmək olar. "Leo" meydanda digərlərindən daha çox iş görür. O, Argentina millisinin dünya çempionatındakı əsas silahıdır".

qol.az

Xəbər lenti

Çox oxunanlar